Dünya 

38 sərnişini olan hərbi təyyarə radarlardan itdi

Çili HHQ-nə məxsus “C130 Hercules” təyyarəsi Antarktidaya uçuşu zamanı radarlardan itib.

“RİA Novosti” xəbər verir ki, təyyarə Punta-Arenas şəhərində yerləşən “Çabunko” bazasından Antarktidaya uçurmuş.

Təyyarə göyə qalxdıqdan sonra onunla bütün əlaqə itib. Hava gəmisinin göyərtəsində 17 heyət üzvü və 21 sərnişin olub.

Hadisənin təfərrüatları araşdırılır.

Daha çox xəbərlər