Cəmiyyət 

Alkoqolun istənilən dozası ölümcül təhlükə mənbəyidir

Yaponiya alimləri müəyyən ediblər ki, spirtli içkilərin istənilən dozada qəbulu ölümcül xəstəliklər riskini artırır. İslam.az lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “MedicalXpress”dəki press-relizdə bildirilir.

Tədqiqatçılar 63,2 min xərçəng xəstəliyinə yoluxan və 63, 2 min sağlam şəxsin klinik məlumatlarını saf-çürük ediblər. Hər iştirakçı gün ərzində istifadə etdiyi standartlaşdırılmış alkoqol vahidi barədə məlumat verib.

Xərçəngə yoluxmanın ən aşağı risk göstəricisi alkoqolun ümumiyyətlə istifadə olunmadığı hallarda qeydə alınıb. Hesablamalara əsasən, 10 il ərzində alkoqolun az miqdarda (məsələn, 10 il ərzində gündə bir içki və ya 5 il ərzində gündə iki içki) istifadəsi xərçəngə yoluxma riskini 5 faiz artırıb.

Məlumdur ki, spirtli içkilərdən istifadə bağırsaq, mədə, süd vəzləri, prostat və udlaqda bəd xassəli şişlərin meydana gəlmə riskini artırır.

Daha çox xəbərlər