Hadisə 

Ağdamda EV YANDI: ailənin 4 üzvü tüstüdən zəhərləndi

Ağdamda fərdi yaşayış evində yanğın olub, bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

Hadisə yerinə FHN-in yanğından mühafizə bölməsi çağırılıb. Yanğınsöndürənlər alovu söndürərək qonşu evlərə keçməsinin qarşısını alıb. Yanğın zamanı 17 yaşlı Məmmədova Arzu, 40 yaşlı Məmmədova Səkinə, 44 yaşlı Məmmədova Aygün və 2002-ci il təvəlludlü Məmmədov Rauf tüstüdən zəhərlənib.

Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları zəhərlənən ailə üzvlərini Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər