Cəmiyyət 

Bakıdakı GÜCLÜ YANĞIN bu yollarda TIXAC yaratdı

Bakı şəhəri Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla əlaqədar olaraq yollarda güclü tıxac yaranıb.

ARANTV.AZ  xəbər verir ki, Bakı-Sumqayıt, Masazır yolunda böyük tıxac yaranıb, bu istiqamətlərdə avtomobillərin hərəkəti iflic olub.

Qeyd edək ki, hazırda Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisi yanır. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.Publika.az

Daha çox xəbərlər