Hadisə 

Bakıda bədbəxt hadisə – Gənc qız 4-cü mərtəbədən yıxıldı

Bakıda gənc qız 4-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Məhəmməd Hadi küçəsində 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və qabırğaların çoxsaylı sınığı diaqnozları qoyulub. Ü.Tağıyevanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları araşdırılır.”Report”

Daha çox xəbərlər