Qırmızı işıqda yolu keçən Bakubus sürücüsü rəngləri tanımır? – Video
Bakı küçələrində avtobus sürücülərinin kobud qayda pozuntuları etməsi halları tez-tez qeydə alınır.
ARANTV.AZ-ın məlumatına görə, bəzi hallarda nümunəvi şirkət kimi tanıdğımız Bakubus sürücüləri də qayda pozuntularına yol verir. Belə hallarda biri 3-cü mikrorayon dairəsində qeydə alınıb. 7A avtobusunun sürücüsü qırmızı işığa məhəl qoymadan yolu eyni sürətlə davam edir. Bakubus avtobusunun etdiyi kobud qayda pozuntusu ərazidə qəza şəraitinin yaranmasına səbəb olub. Hadisə digər sürücülər tərəfindən lentə alınıb.
Sözügedən videonu təqdim edirik:big.az

