Dünya 

Toyda gözlənilməz hadisə: Bəyin qardaşı gəlini pilləkənlərdən aşağı atdı…

İngiltərədə yeni evlənən cütlüyün toy əyləncəsi kabusa çevrilib. Bəyin sərxoş qardaşı gəlini pilləkənlərdən aşağı yuvarlayıb. Hadisədən sonra bəy qardaşının tərəfini saxlayınca cütlük ayrılmağa qərar verib.

İngiltərənin Keredigion şəhərində yaşanan hadisədə bir-birini çox sevən Steffan Vilson ve Erin Mason-George cütlüyü evlənməyə qərar verib.

Həyatlarını birləşdirən cütlüyün toyunda bəyin qardaşı həddindən artıq sipirtli içki qəbul etdikdən sonra gəlinə hücum edib və onu pilləkənlərdən aşağı yuvarlayıb. Bu da azmış kimi üstəlik gəlinin anası və bacılarına da hücum edib.

Baş verən hadisədən sonra bəy qardaşının tərəfini saxladığı üçün gəlin polisə şikayət edərək boşanma qərarı alıb. Ancaq evliliyin üzərindən 24 saat keçmədiyi üçün cütlüyün boşanması mümkün olmayıb.Moderator.az

Daha çox xəbərlər