Hadisə 

Bakıda avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə “Gənclər şəhərciyi” yaşayış massivinin yaxınlığında qeydə alınıb.

Minik avtomobili 2001-ci il təvəllüdlü Məmmədova Şəbnəm Adil qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər