Şaxta Babanın görkəmini Coca-Cola dəyişib?
Yəqin siz televiziya ekranlarında Coca-Colanın “Bayram gəlir” reklamını izləmisiniz. Bu bütün ölkələrdə belədir. Bəs siz Colanın Şaxta Babanın yaşıl rəngli geyimini qırmızı rəngə dəyişdirdiyini və ya Şaxta Babanın bütün hüquqları Cola şirkəti tərəfindən alınıb şayiələrini eşitmisinizmi?
Hamı bilir ki, Şaxta Baba tamamilə mifoloji obrazdır.
Bəs insanlar Şaxta Babaya niyə inanırlar?
Şaxta Babanın tarixi səxavəti və mehribanlığı ilə tanınan Yunan xristian yepiskopu Müqəddəs Nikolaya əsaslanır.
Nicholas möcüzələri və kasıblara əl tutmağı ilə məşhur idi.
Almaniyada dekabrın 6-da insanlar ayaqqabılarını qapının arxasına qoyaraq “St. Nikolaus Günü”nü qeyd edirlər. Onlar həqiqətən Müqəddəs Nikin gələrək yoxsulların ayaqqabılarına pul qoyacağına inanırdılar. 16 -cı əsrdə İslahatdan sonra Müqəddəs Nikolanın hekayələri və adət-ənənələri ölkədə məşhur deyildi və qeyd olunmurdu. Bu adətlər köhnə İngilis pyeslərində və hekayələrində uşaqlara hədiyyə verən biri kimi bir obraz olaraq görünməyə başlayandan məşhurlaşmağa başladı. Daha sonra Avropada trend halına çevrilən bu obraz “Miladın yaşlı babası” və ya “Milad atası” olaraq tanınmağa başlandı. Fransada “Pere Nöel”, Avstriyanın bir neçə ərazilərində və Almaniyada “Christkind” kimi tanınır.
Bəs o, bu gün necə qırmızı çuxalı Şaxta Babaya çevrilib?
Yepiskopların qırmızı paltar geyindikləri hamıya məlumdur və çox vaxt Müqəddəs Nikola da şəkillərdə qırmızı paltarda təsvir olunur. Bu illüstrasiyalardan əvvəl Vikrtoriya dövründə Şaxta Baba müxtəlif rənglərdə – mavi, ağ, qəhvəyi və əsasən də yaşıl rəngdə təsvir olunur.
Əsl Şaxta Baba Harper’s Weekly jurnalında gülərüz, nəhəng bədənli, qırmızı və ağ paltarlı və hədiyyələrlə dolu corabla təsvir olunub. Sonralar məhz şəkillər insanların beynində Şaxta Babanı qırmızı rəng geyimdə canlandırmağa məcbur edirdi. Hər kəs Şaxta babanı Nast kimi təsvir edirdi. Nast Şaxta Babaya yenilik gətirərək əlində müştük də çəkirdi.
Bəs Coca-Cola Şaxta Babada nə dəyişiklik etdi?
1931-ci ildə Coca-Cola ilk dəfə Santanı reklamlarında çəkəndə rəssam Haddon Sundblom Tomas Nastın bənzərsiz təsvirinə yalnız bir dəyişiklik etdi. Onun əlindəki müştük Cola şüşəsi ilə əvəz olundu. İnsanlar arasında belə bir fikir yaranmağa başladı – Şaxta Baba həmişə qırmızı geyimdə olmayıb, niyə Cola reklamından sonra o həmişə qırmızı rəngdə təsvir olunur?
Şirkət Şaxta babanın hüquqlarına sahib olmadığını və bu mifoloji obrazı belə görmək istədiyini bildirib. Şirkət Colanın ancaq ilk dəfə 1995-ci ildə “ Bayram gəlir” və Miladın təsvir olunduğu maşınlarından ibarət reklamlarla Yeni ildə dəyişiklik etdiyini bildirib.
Leyla Şıxəli-Bayramlı, “İki sahil”

