Azərbaycan-Rusiya münasibətləri tarixi sınaqlardan çıxıb və bu gün müasir inkişaf mərhələsindədir
ARANTV.AZ xəbər verir ki, Azərbaycan-Rusiya arasında dostluq, mehriban qonşuluğa əsaslanan əlaqələr, beynəlxalqəməkdaşlıqdan tutmuş iqtisadi-ticari, hərbi, ictimai-siyasi, humanitar sahələrə qədər genişspektri əhatə edir. Rusiya eyni zamanda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Məhz, bütün bu məqamlara diqqət çəkən ekspertlər hesab edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair yol xəritələri əlaqələrin daha da genişlənməsinə, həmçinin, əmtəə dövriyyəsini artırmağa imkan verəcək .
Azərbaycan və Rusiyanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. İki ölkə liderləri arasında qarşılıqlı inam və etimada söykənən müntəzəm əlaqələr isə dövlətlərarası münasibətlərə xüsusi dinamizm verir. Məhz, Prezident İlham Əliyevin sentyabrın 1-dəRusiya Federasiyasına reallaşan rəsmi səfəri, Soçidə Prezident Vladimir Putin ilə görüşü, səslənən bəyanatlar, imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələsini şərtləndirdi. Soçi görüşü eyni zamanda münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu növbəti dəfə təsdiqləmiş oldu.
Qeyd edək ki, son illər iki ölkə arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin inkişafında qarşılıqlı təmaslarla yanaşı, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlətlərarasıvə hökumətlərarası sazişlər mühüm rol oynayıb. Bu mənada sonuncu səfər çərçivəsindəimzalanan və konkret hədəflərə söykənən çoxsaylı sənədlərin ölkəmizlə Rusiya arasında səmərəli, dinamik əməkdaşlığın, qarşılıqlı əlaqələrin kompleks inkişafına impuls verəcəyi şübhə doğurmur. Heç şübhəsiz ki, burda özündə münasibətlərin yüksək səviyyəsini ehtiva edən “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”ı xüsusi qeyd etmək olar. Sözügedən sənəd iki ölkə arasında qarşılıqlıfəaliyyətin bütün sahələrini əhatə etməklə, olduqca fundamental hüquqi baza yaradır. Dövlət başçılarının ikitərəfli münasibətlərin daha da genişləndirilməsi üçün nümayiş etdirdikləri qarşılıqlı maraq və buna əsaslanan siyasi iradə də mühüm perspektivlərdən xəbər verir.
Yeri gəlmişkən, iki ölkə arasında əməkdaşlıqda xüsusi perspektivlər vəd edən ən mühüm layihələrdən biri məhz “Şimal-Cənub” nəqliyyat dəhlizidir. Bu layihə İran, Azərbaycan vəRusiyanın ərazisindən keçməklə Hind okeanı və Baltik dənizini birləşdirəcək. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınmsı faktı isə onun böyük perspektivinin göstəricisidir. Ekspertlər hesab edir ki, sözügedən beynəlxalq dəhliziştirakçı dövlətlərin infrastrukturunun inkişafına təkan verməklə yanaşı, yeni iş yerlərinin açılmasını şərtləndirəcək, həmçinin, daşınan yüklərin tranzit haqlarının əhəmiyyərli dərəcədə aşağı düşməsinə də gətirib çıxaracaq. Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Bura dərmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir.
Bir müddət əvvələ qədər “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücü ilə reallaşmasında başlıca maneələrdən biri Xəzərin hüquqi stasusunun müəyyənləşdirilməməsi göstərilsə də, Aktau sammitindən sonra vəziyyət köklü şəkildə dəyişdi. Təbii ki, Xəzərlə bağlı belə bir mühüm sənədin hazırlanmasında əsas rolu da Azərbaycan Prezidenti İlham Əliyev vəRusiya Prezidenti Vladimir Putin oynayıb. Yeri gəlmişkən iki ölkə arasında münasibətlərin xarakterini əks etdirən digər mühüm təşəbbüs Moskva-Bakı-Tehran üçtərəfli əməkdaşlıq formatının yaradılması və uğurlu fəaliyyətidir.
Rusiya eyni zamanda Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri sayılır. Belə ki, 2017-ci ilin yekununa görə iki ölkə arasında əmtəə dövriyyəsi, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalına maikdir. Qeyd edə

