Bakıda sürücü dörd dəqiqə ərzində 10 dəfə qayda pozdu – VİDEO
Bakıda 4 dəqiqə 17 saniyə ərzində 10 dəfə qayda pozan yük maşınının görüntüləri yayılıb.
ARANTV.AZ-ın məlumatına görə, “Ford” markalı yük avtomobilinin sürücüsü bir neçə dəfə digər hərəkət iştirakçılarına təhlükə yaradıb onların narahatlığına səbəb olmaqla yerdəyişmələr edir, ehtiyac olmadığı təqdirdə tez-tez zolaqlarını dəyişir, bu yerdəyişmələrin heç birində isə dönmə işıqlarından istifadə etmir.
Belə sürücülər digər hərəkət iştirakçıları üçün sözün əsl mənasında təhlükə mənbəyidir. Videogörüntünü təqdim edirik.Oxu.az

