Cəmiyyət 

Kəmaləddin Heydərov bələdiyyə seçkilərində iştirak etdi – FOTO

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bələdiyyə seçkilərində səs verib.

ARANTV.AZ-ınməlumatına görə, o, 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.Trend

Daha çox xəbərlər