“Omar” Bakıda keçirilən Prezident Kubokunun qalibi oldu – FOTO
Çövkən üzrə Prezident Kubokuna yekun vurulub.
ARANTV.AZ xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən yarışda əvvəlcə bürünc medallar uğrunda matç keçirilib.
“Polad” və “Sərhədçi” komandaları arasında keçirilən görüşdə birincilər 5:0 hesabı ilə qalib gəlib. Yarışın ötənilki qalibi “Sərhədçi” turniri dördüncü pillədə başa vurub.
50 min manat mükafat fondu olan turnirin finalında isə “Buta Qolden” və “Omar” komandaları qarşılaşıb. Çoxsaylı azarkeşlərin izlədiyi həlledici qarşılaşmada üç qol vurulub. İlk hissədə 1:0 hesabı ilə üstün olan “Omar” ikinci yarıda da inamlı təsir bağışlayıb. Yekunda 3:0 hesabı ilə qələbə qazanan “Omar” Prezidenti Kubokuna sahib olub.
Mükafatlandırma zamanı ARAF prezidenti Elçin Quliyev Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğana xüsusi hədiyyə – at suveniri təqdim edib.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə təşkil olunan Prezident kubokunda 12 komanda dörd qrupda mübarizə aparıb.
Qrup mərhələsi və 1/4 final görüşləri Şəki Milli Atüstü Oyunlar Mərkəzində keçirilib. Yarımfinal görüşlərinə, həmçinin həlledici oyunlara isə Binə Atçılıq Mərkəzi ev sahibliyi edib.Oxu.Az

