Siyasət 

YAP-ın siyahısında adı olmadığı deyilən Bahar Muradova: “Qoy güclülər qalib gəlsin”

Bu günlər Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu.

ARANTV.AZ-ın məlumatına görə, bunu V çağırış Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib.

O qeyd edib ki, artıq YAP-ın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədləri bəllidir.

“Bu, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin!”, – deyə B.Muradova əlavə edib.

Qeyd edək ki, mətbuatda B.Muradovanın adının siyahıda olmadığı yazılıb.

B.Muradova bu barədə fikir bildirməyib. Oxu.Az

Daha çox xəbərlər