Dünya 

“Qaydasız küçə döyüşü” belə görüntüləndi – VİDEO

Dağıstanın paytaxtı Mahaçqalada “Major” klubunun yaxınlığında kütləvi dava baş verib. Şahidlərin sözlərinə görə, dava müəssisəyə gələnlər və mühafizəçilər arasında baş verib.

Bu barədə Life.ru xəbər yayıb.

Kadrlardan görünür ki, yerə bir nəfər yıxılıb, iki nəfər isə onu döyüb. Ətrafa toplanaşanlar isə sadəcə olanlara tamaşa edir.

Çəkiliş başqa bir avtomobildən aparılır. Bununla belə, operatorun ehtiyat etdiyi, kameranı gizlətdiyi aydındır.

Münaqişənin səbəbləri hələ məlum deyil.

 

Daha çox xəbərlər