Cəmiyyət 

AMEA-da birinci vitse-prezident vəzifəsinə namizədlər açıqlandı

AMEA-nın bu gün illik ümumi yığıncağında Akademiyada birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsi qaldırılıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

Namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

Səsvermə üçün fasilə elan edilib.

Daha çox xəbərlər