Hadisə 

Abşeronda sərxoş piyadanı avtomobil vurub — FOTO

Abşeron rayonunda bir nəfəri avtomobil vurub, vəziyyəti ağırdır.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

40-45 yaşlı kişini (hələlik ad-soyadı bilinmir) “Mercedes” markalı avtomobil vurub. Hadisəni törədən sürücü yaralını 1 saylı Xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan piyada sərxoş vəziyyətdədir. O, bədəninin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb.

Daha çox xəbərlər