Telefonda “blok” varsa, həyatında niyə olmasın?
Telefonda “blok” varsa, həyatında niyə olmasın?
Səni xoşbəxt hiss etdirməyən insanlardan uzaq dur.
Bu məhz sevgili deyil. Tanış, qonşu, qohum, yoldaş-sənə ancaq mənfi ötürən hər kim varsa bir-bir çıxar.
Telefonda “blok” varsa, həyatında niyə olmasın?
Sənin gününü qara əskiyə bükənin varlığını sal qara siyahıya və uzaqlaş.
Ömrün mənfiyə xərclənəcək qədər bəsit deyil və olmamalıdır da. Özünü sevmək istəyirsən a, bax başla bu insanlardan. Gözünə görünəni də beynində rədd elə. Həyatında yaşadıqların uydurduqlarındır. Özünə gözəl olan şeyləri uydur.

