Türkiyə təyyarələri Zap və Kakurkda silah-sursat anbarlarını məhv etdi
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında əməliyyatları davam etdirir.
ARANTV.AZ xəbər verir ki, trend bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.
Qeyd olunur ki, ötən gün İraqın Zap və Kakurk rayonlarında keçirilmiş əməliyyat nəticəsində silah-sursat saxlanılan anbarlar məhv edilib.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.

