Siyasət 

Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib

Yaponiya Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir:

“Bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid edirik”.

T.Kono bildirib ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə sazişin yenilənməsi məmnunluq doğurur: “Bu, əməkdaşlığımızın güclənməsinə daha da təkan verəcək”.

Daha çox xəbərlər