Cəmiyyət 

Azərbaycan xarici pasportu ilə hansı ölkələrə vizasız getmək mümkündür?

“Henley&Partners” növbəti reytinq cədvəlini açıqlayıb.

ARANTV.AZ xəbər verir ki, şirkət xarici ölkə vətəndaşlarının vizasız səfər etmə imkanlarını əks etdirən reytinq cədvəlini yayımlayıb.

Cədvələ əsasən, Azərbaycan vətəndaşlarının istifadə etdiyi xarici pasportla 66 ölkəyə vizasız səyahət etmək mümkündür. Ölkəmiz reytinq cədvəlində 72-ci yerdə qərarlaşıb. Bu şirkətin əvvəlki reytinqində Azərbaycan pasportu 74-cü yeri tutduğu halda, indi Azərbaycan pasportunun iki pillə irəliləyərək reytinqini yaxşılaşdırdığını qeyd etmək lazımdır.

Ermənistanın xarici pasportu isə 76-cı yerdədir. Ermənilər xarici pasportları ilə 62 ölkəyə vizasız səfər edə bilərlər.

2018-ci ildə reytinqin liderləri Sinqapur və Yaponiya olub. Bu ölkələrin vətəndaşları viza almadan 189 ölkəni ziyarət edə bilirlər. 188 ölkəyə vizasız girişə hüquq verən Almaniya pasportu reytinqdə ikincidir. Üçüncü pillədə isə eyni anda 7 ölkənin paspotu qərarlaşıb: Danimarka, İsveç, İtaliya, Cənubi Koreya, İspaniya, Fransa və Finlandiya pasportuna malik olan şəxslər vizasız dünyanın 187 ölkəsinə giriş edə bilərlər.


Ölkə.Az

Daha çox xəbərlər