Gündəm 

Hicran Hüseynova vəzifəsinin icrasını dayandırıb

Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırıb.

Komitədən verilən məlumata görə, H.Hüseynovanın sədr vəzifəsinin icrasını dayandırması onun Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədardır: “Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrası sədr müavinləri – Sədaqət Qəhrəmanova və Aynur Sofiyevaya tapşırılıb. Hələ ki, Hicran Hüseynova imzatoplama mərhələsindədir”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, H.Hüseynovanın namizədliyi 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb.

Daha çox xəbərlər