Bakıda marketə basqın edib 7500 manat apardılar
Bakıda quldurluq hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.
Araşdırma aparılır.BiG.AZ

