Hadisə 

Abşeronda yanacaqdoldurma məntəqəsində söyüş üstündə dava — İşçilərdən biri xəstəxanalıq oldu

Abşeronda yanacaqdoldurma məntəqəsində iş yoldaşına xəsarət yetirməkdə təqsirli bilinən Sahil Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmə hazırlıq iclası yanvar ayının 8-nə təyin olunub.

Qeyd edək ki, hadisə Saray qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrinin birində baş verib.

Həmin yerdə operator işləyən 39 yaşlı Sahil Qurbanovla, 27 yaşlı Pərviz Fərzəlizadə arasında söyüş üstündə mübahisə düşüb. Bu zaman S. Qurbanov iş yoldaşına alın nahiyyəsinə başı ilə zərbə vurub. Zərbənin nəticəsindən P. Fərzəlizadə ağır xəsarət alıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan Sahil Qurbanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.

“Ölkə.Az”

Daha çox xəbərlər