Bakıda 36 yaşlı gənc itkin düşdü – FOTO
Azərbaycanda 36 yaşlı əqli qüsurlu şəxs evdən çıxıb və geri qayıtmayıb.
ARANTV.AZ xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Ceyhun Əhmədov adlı gənc axşam saat 17:00-18:00 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Anası söyləyib ki, Ceyhun evli idi: “Əqli çatışmazlığı var. Həyat yoldaşı axşam 6-da deyib ki, uzan dincəl. Evdə hamının yatdığını görüb evdən qaçıb. O, dəfələrlə evdən qaçmağa cəhd etsə də qarşısını almışıq. Mən gecə işlədiyimə görə mən də yuxuda olmuşam”.
Gənci görənlər bu nömrə ilə əlaqə saxlasın: (070-361-20-33)Sonxeber.az

