“Versace”dən kenqurularla bağlı MÜHÜM QƏRAR
Məşhur “Versace” moda evi geyim və ayaqqabı istehsalında kenquru dərisindən imtina edib.
ARANTV.AZ xəbər verir ki, bu qərar keçən il verilib və “Versace” 2019-cu il kolleksiyasına öz təsirini göstərib.
“İzvestiya”nın verdiyi məlumata görə, moda evi Avstraliyada baş verən milyonlarla heyvanın öldüyü yanğından sonra qərarını ictimaiyyətə açıqlayıb. Versace şirkətinin nümayəndələri kenquru dərisinin istifadəsinin 2019-cu ildən dayandırıldığını artıq təsdiqləyib.
Qeyd edək ki, yanğın zamanı 8,4 milyon hektar meşə sahəsi və 2 min yaşayış binası məhv olub. Təbii fəlakət nəticəsində azı 27 nəfər həlak olub.
Ölkə.Az

