Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.
ARANTV.AZ-ın məlumatına görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.
Onun sözlərinə görə, bu, heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.
“Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb”, – deyə o əlavə edib. O bildirib ki, MSK-nın qərarı nəticəsində şikayət edən yeddi nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Oxu.Az

