Gürcüstanda azərbaycanlılar yaşayan bölgənin qubernatoru istefaya göndərildi
Gürcüstanın baş naziri Mamuka Baxtadze bir neçə bölgənin rəhbərini vəzifədən azad edib.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə M. Baxtadze keçirdiyi brifinqdə bildirib.
Qərara əsasən, qonşu ölkənin 5 bölgəsinin qubernatoru istefaya göndərilib. Onların arasında azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze də var.
M. Baxtadze qeyd edib ki, hökumət administrasiyasında bölgələrin idarə olunması bölməsinə Sozar Subari rəhbərlik edəcək. Baş nazir bölgələrin idarə olunmasında yeni yanaşmanın tətbiq olunacağını əlavə edib.

