İsti su borusu partladı: 5 ölü var
Yanvarın 20-nə keçən gecə Rusiyanın Perm vilayətinin Sənaye rayonunda yaşayış binasının birinci mərtəbəsində yerləşən “Karamel” mini-hoteldə isti su boru xətti partlayıb, hoteli su basıb.
ARANTV.AZ APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı beş nəfər ölüb, daha üç nəfər yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı cinayət işi başlanılıb.

