Xankəndindən deputatlığa namizəd Şamxal Adıgözəlov şəhidlər xiyabanını ziyarət edib-Foto
Növbədənkənar parlament seçkilərində iştirak edən Şamxal Adıgözəlov təbliğat-təşviqat kampaniyasına ilk olaraq Bərdə rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət etməklə başlayıb.
AranTV xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürən Ş.Adıgözəlov torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu qarşısında baş əyərək məzarlar önünə qərənfil düzüb.
Qeyd edək ki, Adıgözəlov Şamxal Cəlil oğlu 1986- ci ildə Xankəndi şəhərində anadan olub. 2006-cı ildə Trend İnformasiya agentliyində, 2007-ci ildən etibarən isə Xəzər Televiziyasının Qarabağ üzrə bölgə müxbiri işləyir.
Xatırladaq ki, 122 saylı Xankəndi seçki dairəsindən bundan əvvəl Milli Məclisə deputat olaraq Flora Qasımova mandat qazanmışdı.








