Kriminal 

Bakıda 21 yaşlı arvadını bıçaqlayan kişi – Etiraf etdi

Bakının Nəsimi rayonunda bıçaqlanma olub.

ARANTV.AZ teleqraf.com-a istinadən məlumat verir ki, xəbər verir ki, rayonun H.Əliyev küçəsində 1997-ci il təvəllüdlü Aydan Hətəmova bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hazırda həkim nəzarəti altında olan Aydan Hətəmovanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Aydan Hətəmova həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rəhman Cəfərov tərəfindən bıçaqlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Rəhman Cəfərov həbs edilib.

Istintaqa ifadə verən Rəhman Cəfərov cinayəti etiraf edib. O, hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Daha çox xəbərlər