Bakıda ağır yol qəzası – ÖLƏN VAR
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, yanvarın 23-də saat 19 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Masallı rayon sakini Y.Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İbadət Mahmudovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.BiG.AZ

