Müəllimlərin nəzərinə: işə qəbul üçün son gün…
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinin vakansiya seçimi mərhələsinin başa çatmasına bir neçə saat qalıb.
ARANTV.AZ xəbər verir ki, elektron sənəd qəbulu sabaha qədər davam edəcək. Sabah saat 23:59-da proses tamamilə başa çatacaq.
Bu səbəbdən builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Xatırladaq ki, müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilib.
Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.axar.az

