İdman 

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezidenti oldu

AFFA-nın vitse-prezidentlərinin adlarına aydınlıq gəlib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə qurumun Seçki Konfransından sonra keçirilmiş İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Növbəti dönəm üçün AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Rauf Əliyev və Vaqif Sadıqov olacaq.

Keçmiş Baş katib Elxan Məmmədov isə İcraçı vitse-prezident təyin olunub.

Gündəmin əsas məsələlərindən biri də Azərbaycan millisinə baş məşqçi postuna təyinat məsələsi idi. Müzakirələr aparılsa da, bununla bağlı qərar verilməyib.Oxu.Az

Daha çox xəbərlər