Qaz borusu ilə toqquşan yük maşınının sürücüsü kabinədə asılı qaldı – VİDEO
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsi ərazisində yük maşını qaz borusu ilə toqquşaraq iki təkərinin üzərində qalıb. Maşının sürücüsü isə kabinədə asılı qalıb.
Ren.tv məlumat verir ki, yol-nəqliyyat hadisəsi ərazidə olan şahidlər tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb.
Qəza nəticəsində sürücü xəsarət almasa da, nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

