Dünya 

“Taliban” Əfqanıstanda bir rayonu ələ keçirdi

“Taliban” radikal hərəkatının döyüşçüləri Əfqanıstanın şimalında Cauzcan vilayətində rayonlardan birini ələ keçirblər.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, rayonun ələ keçməsi ilə bağlı xəbəri vilayət məmuru təsdiq edib.

Bildirilir ki, rayon ələ keçirilməmişdən öncə polislərlə qarşıdurma olub. Qarşıdurmalarda 7 polisin öldürüldüyü qeyd edilir.

Hazırda rayonun “Taliban”ın tam nəzarətinə keçdiyi bildirilir.

Daha çox xəbərlər