Dünya 

SEPAH dənizçiləri Küveytə məxsus adaya hücum edib – RƏSMİ

Bir qrup İran əsgəri Küveytə məxsus Bubiyan adasına hücum etməyə cəhd edib.

Musavat.com xəbər verir ki, məlumatı Küveyt Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, SEPAH-la əlaqəli altı nəfər dəniz yolu ilə ölkəyə girməyə cəhd edib. Nazirlik qeyd edib ki, yerli təhlükəsizlik qüvvələri ilə toqquşmalardan sonra hücum edənlərdən dördü həbs edilib, ikisi isə qaçıb.

İran səfiri paramilitar qrupun adaya hücumu ilə əlaqədar Küveyt Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirliyin məlumatına görə, Küveyt xarici işlər nazirinin müavini Həməd Süleyman əl-Məşan İran səfiri Məhəmməd Totonjiyə rəsmi etiraz notası təqdim edərək “Küveytin bu düşmənçilik hərəkətini qəti şəkildə pislədiyini və tənqid etdiyini” bildirib.

İSNA-nın məlumatına görə, İran Küveytin Tehranın Körfəz dövlətinə qarşı düşmənçilik hərəkətləri planlaşdırdığı iddialarını rədd edib: “İran Xarici İşlər Nazirliyi Küveytin Meroj Keştezri Dərya gəmisində xidmətdə olan və naviqasiya sisteminin nasazlığı səbəbindən Küveyt sularına daxil olan dörd iranlı dənizçiyə qarşı qanunsuz hərəkətlərini pisləyir”.

Daha çox xəbərlər