Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

TDT liderlərinin Türküstanda kritik toplantısı

By Vüsal Rafiqoğlu
15.05.2026 3 Min Read

Mayın 15-də Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının liderlərinin qeyri-rəsmi zirvə toplantısı olacaq. Zirvə görüşünə Qazaxıstan sədrlik edəcək, türk dünyası liderlərinin toplantısının əsas mövzusu “Süni intellekt və rəqəmsal inkişaf”dır.

Zirvədə təşkilatın müşahidəçi ölkələrinin dövlət və hökumət başçıları da iştirak edəcək. Onlar sürətlə inkişaf edən rəqəmsal dövrdə əməkdaşlığın prioritet sahələrini müzakirə etməyi planlaşdırırlar.

TDT liderləri Zirvə görüşündən əvvəl – FOTOLAR

Qeyri-rəsmi zirvə türk dövlətləri arasında davamlı iqtisadi artımı təşviq etmək, dövlət xidmətlərini təkmilləşdirmək və regional əlaqələri gücləndirmək üçün süni intellekt, rəqəmsal innovasiya və qabaqcıl texnologiyaların transformativ potensialından effektiv şəkildə necə istifadə etmək barədə strateji dialoqun inkişafı üçün mühüm platforma rolunu oynayacaq. Zirvə proqramının bir hissəsi olaraq, Dövlət Başçıları Şurasının iclası ərəfəsində TDT Xarici İşlər Nazirləri Şurasının iclası da keçiriləcək. “Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, – deyə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, zirvə toplantısı formal diplomatik tədbirdən daha artıq məna daşıyır. “Süni intellekt və rəqəmsal inkişaf” kimi mövzunun seçilməsi göstərir ki, türk dünyası artıq ənənəvi əməkdaşlıq çərçivəsindən çıxaraq qlobal texnoloji yarışda yer tutmaq niyyətindədir. Müasir dünyada güc anlayışı sürətlə dəyişir. Enerji resursları və coğrafi üstünlüklər hələ də önəmlidir, lakin əsas rəqabət artıq məlumat, texnologiya və innovasiya üzərində qurulur. Bu mənada zirvənin gündəliyi vaxtında atılmış addım kimi qiymətləndirilə bilər. Lakin əsas sual dəyişməz qalır: bu təşəbbüslər real nəticələrə çevriləcəkmi, yoxsa yenə də ümumi bəyanatlarla kifayətləniləcək?
Türk dövlətləri arasında rəqəmsal əməkdaşlıq böyük potensiala malikdir. Ortaq texnoloji platformaların yaradılması, süni intellekt sahəsində birgə layihələrin həyata keçirilməsi və rəqəmsal idarəetmənin inkişafı həm iqtisadi artımı sürətləndirə, həm də regionun qlobal rolunu gücləndirə bilər. Xüsusilə Orta Dəhliz kimi strateji layihələrin effektivliyi məhz rəqəmsal inteqrasiyadan asılıdır.

Digər tərəfdən, bu sahədə geri qalmaq riski də kifayət qədər ciddidir. Qlobal texnologiya nəhəngləri və inkişaf etmiş ölkələr artıq süni intellekt sahəsində ciddi üstünlük qazanıblar. Türk dövlətləri isə bu yarışda yalnız koordinasiyalı və uzunmüddətli strategiya ilə uğur əldə edə bilər.

Azərbaycan üçün isə bu zirvə əlavə imkanlar yaradır. Ölkə həm coğrafi mövqeyi, həm də həyata keçirdiyi rəqəmsal layihələr sayəsində türk dünyasında texnoloji körpü rolunu gücləndirə bilər. Bu isə yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mövqelərin möhkəmlənməsi deməkdir.

Nəticə etibarilə, Türkistan zirvəsi mühüm bir seçim qarşısında dayanır: ya konkret layihələr və real inteqrasiya ilə yadda qalacaq, ya da növbəti yüksək səviyyəli, lakin təsirsiz görüşlərdən biri olacaq. Bu isə artıq qəbul ediləcək qərarların ciddiliyindən və onların icra mexanizmlərindən asılıdır.

VHP sədrinin müavini, professor Elxan Mirzəyevin sözlərinə görə, əslində, TDT liderləri gələcək nəsillər üçün yeni “yol xəritəsi” hazırlayacaq. Bu hədəfə tezliklə çatmağın mümkün olmadığını deyən E. Mirzəyev bir cığır açılacağını gözləyir. “Bu təşkilat özünü tam olaraq təkmilləşdirə bilməyib. Amma ən müxtəlif sahələrdə əməkdaşlıq formatları nəzərdən keçirilir. Məsələn, bundan əvvəl dövlət başçısı hərbi təlimlərin təşkilini təklif etmişdi. Amma dünyada gedən proseslər hələlik hərbi təlimləri gözləmədə saxlayır. İndi isə türk dövlətləri müasir çağırışlara uyğun mövzuda toplaşırlar. Süni intellekt və rəqəmsal inkişaf günümüzün, sabahın vacib məsələlərindən biridir. İndidən addımlar atılmalıdır ki, sonra bəhrəsini görmək mümkün olsun”, – deyə müsahibimiz qeyd edib.

E.Mirzəyev deyib ki, türk dövlətləri üçün bu gün əldə edilən birliyi təmin etmək o qədər də asan olmayıb:
 “2026-cı il TDT ölkələri üçün həm də tarixi bir hadisədir.
Çünki məhz 100 il əvvəl, 1926-cı ildə Birinci Türkoloji Qurultay keçirilib. Yəni 100 il əvvəl Bakıda dil və mədəniyyət birliyini müzakirə edənlərin nəvələri bu gün Türküstanda süni intellekt, rəqəmsal ekosistemlərdən danışır. Onu da deməliyəm ki, 2025-də Bakıda Süni İntellekt Akademiyası istifadəyə verilib. Azərbaycan öz təcrübəsindən istifadə edərək, Türk dünyası üçün yeni bir model təklif edə bilər. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı çərçivəsində süni intellekt və rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi çox önəmlidir. Əgər real iş görülərsə, ortaq infrastruktur yaradıla bilər. Bundan əlavə, kibertəhlükəsizliyin gücləndirilməsi sahəsində birgə layihələr reallaşdırmaq olar. Eyni zamanda, süni intellekt tətbiqlərində türk dövlətləri təcrübə mübadiləsi həyata keçirmək fürsəti qazanacaq. Hətta ortaq peyk layihələr irəli sürülməlidir. Belə desək, potensial genişdir və ondan yararlanmaq lazımdır”.

Emil Salamoğlu,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Etibarnamə ilə maşın sürənlərin nəzərinə – Gələn aydan…

Next

Qızmar istilər başlayır: Bu gün temperatur 30 dərəcə olacaq

Xəbər lenti

  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI 08.07.2026
  • Professor dənizdə boğulmaların əsas səbəblərini açıqladı 08.07.2026
  • Tərtərdə pestisidlərdən təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib 08.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv