İdman 

Fransa klubunun futbolçusu öldürüldü

Fransanın “Sent-Etyen” klubunun futbolçusu Viliam Qomis öldürülüb.

ARANTV.AZ xəbər verir ki, 19 yaşlı müdafiəçi dünən atılan güllədən sonra dünyasını dəyişib.

O, doğulduğu Fransanın cənubundakı La Sen-sür-Mer adlı ərazidə güllələnib. Artıq klub bu xəbəri təsdiqləyib.

Qeyd edək ki, “Sent-Etyen”in ikinci komandasının üzvü olan Viliam Qomis hazırda “Qalatasaray”da çıxış edən hücumçu Bafetimbi Qomisin qohumudur.

oxu.az

Daha çox xəbərlər