İdman 

Rəşad Sadıqovun komandasında ciddi itki

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının (U-21) heyətində dəyişiklik olub.

ARANTV.AZ xəbər verir ki, zədəli olduğu üçün Renat Dadaşov komandadan ayrılıb.

O, sentyabrın 6-da İsrail millisi ilə Avropa çempionatının seçmə qrup oyununda xəsarət alıb.

Tibbi müayinə nəticəsində gənc hücumçunun sentyabrın 11-də Norveçə qarşı oyunda Rəşad Sadıqovun başçılıq etdiyi millimizə kömək edə bilməyəcəyi müəyyənləşib.

Qeyd edək ki, Dadaşov İsraillə görüşdə Azərbaycan millisinin 35-ci saniyədə vurduğu qolun müəllifi olub. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Onu da bildirək ki, Renat Dadaşov İsraillə görüşdən sonra U-21-in heyətindən ayrılan ikinci futbolçudur. Üç gün əvvəl Almaniyada oynayan digər legionerimiz – Murad Mahmudov “Frankfurt” klubunda möhkəmlənməsi üçün yığmadan ayrılmışdı.

oxu.az

Daha çox xəbərlər