Cəmiyyət 

Ata və ana kirədə qalaraq övladlarını dilənçiliyə sövq etdilər- Dövlət Qurumları hərəkətə KEÇDİ- FOTO

Dünən polis əməkdaşları tərəfindən 3 uşaq Qadın və Uşaq Sığınma evinə təhvil verilib.

ARANTV.AZ  xəbər verir ki, dünən diləndirilən üç uşaq adıçəkilən təşkilata təhvil verilib. Məlum olub ki, həmin uşaqlar illərdir ki, öz doğma valideynləri tərəfindən dilənçiliyə məcbur edilib. Polis əməkdaşları ananı tapıb dəfələrlə söhbət aparsalar da, bir nəticəsi olmayıb. Yəni ana yenə uşaqlarını diləndirməkdən əl çəkməyib.

Qadın və Uşaq Sığınma evinin sədri Mehriban Zeynalova bununla bağlı saytımıza məlumat verərək, artıq uşaqların taleyi ilə bağlı bütün dövlət qurumlarının hərəkətə keçdiyini bildirib:

“Uşaqlar Yevlax şəhərindəndir. Validiyenləri onları Bakı şəhərinə dilənməyə gətiriblər. Özləri burada kirədə qalaraq uşaqları diləndirirlər.
Biz valideynləri çağırmışıq. Qanunvericilik bizə uşaqları dərhal belə valideynlərdən almağa imkan vermir. Biz təşkilat olaraq valideynləri çağırıb xəbərdarlıq etdik. Əgər, növbəti dəfə onlar uşaqlarını belə işlərə sövq etsələr, biz uşaqlar haqqında qəyyumluq şöbələrinə məlumat verəcəyik.
Polis orqanları, ərazi üzrə polis idarəsi bu məqamları nəzarətdə saxlayır. Həmin uşqların təhsilə cəlb edilməsi əsas məsələlərdəndir. Təşkilatımıza dilənən uşaqlar çox gətirilmir. Hesab edirəm ki, uşaqları təhsildən yayındırmaq özü cinayətdir”.Sonxeber.az

Ata və ana kirədə qalaraq övladlarını dilənçiliyə sövq etdilər- Dövlət Qurumları hərəkətə KEÇDİ- FOTO

Daha çox xəbərlər