Hadisə 

FHN yoxa çıxan şəxsin axtarışına başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda itkin düşən şəxsin tapılmasına kömək edilməsi ilə bağlı məlumat daxil olub.

ARANTV.AZ xəbər verir ki, rayonun Poladtuğay kəndində, Kür çayına düşdüyü ehtimal olunan 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət nəzarətə götürülüb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.Publika.az

Daha çox xəbərlər