Qaradağ rayonunda ağır qəza — Ölən və yaralananlar var
Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, sentyabrın 8-də saat 7 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakini İmamhüseyn Ağayev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış qəsəbə sakini Rəcəbəli Nəcəfovun idarə etdiyi “Hyundai” markalı avtobusa vurub.
Nəticədə İ.Ağayev hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
ölkə.az

