Cəmiyyət 

Azərbaycanlıları gətirəcək təyyarə Çinə yollandı – FOTO

Çinin Uhan əyalətində yeddi azərbaycanlı da daxil olmaqla 34 nəfəri təxliyyə edəcək təyyarə  Çinə yollanıb.

Bu barədə “A Haber” xəbər yayıb.

Bildirilir ki, təyyarədə azərbaycanlılardan əlavə 34 türk, yeddi gürcü, bir alban da olacaq.

Qeyd edək ki, “Koca Yusuf” adlı hərbi təyyarə “Etimesgut” hərbi hava limanında tibbi avadanlıqlarla təchiz olunub. Təyyarədə pilotlar, tibb işçiləri və vətəndaşlara xüsusi geyimlər veriləcək. Təxliyyə olunan şəxslər 14 gün müddətində karantində saxlanılacaq.

Daha çox xəbərlər