Kriminal 

Bakıda avtoyuma məntəqəsinin qarşısında QANLI DAVA

Bakıda adam öldürməkdə təqsirli bilinən Ozal Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonunda baş verib. Əmircan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Ozal Əliyev yanvarın 20-də qəsəbə ərazisində yerləşən avtoyuma məntəqəsinin qarşısında Vahid Əsədovla mübahisə edib. Daha sonra davaya çevrilən mübahisə zamanı Ozal Əliyev, V.Əsədovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və O. Əliyev şübhəli şəxs qismində tutularaq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yanvarın 30-da V. Əsədov müalicə aldığı xəstəxanada öldüyünə görə, Ozal Əliyevin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurmama – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilərək rayon prokurorluğuna göndərilib.


Ölkə.Az

Daha çox xəbərlər