Kriminal 

Azərbaycanda dəhşətli qətl: 25 yaşlı gənci qəbiristanlıqda öldürdülər

Şamaxıda qətl törədilib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin “Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.

Şamaxı şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 1995-ci il təvəllüdlü Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti almış Ruslan Surxayev orada ölüb.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, O.Hacıyev şübhəli şəxs qismində saxlanılıb.APA

Daha çox xəbərlər