Cəmiyyət 

Bu haker qrupu Azərbaycanı hədəf aldı – İran amili?

İranyönlü “Leafminer” haker qrupu Azərbaycanın hökumət təşkilatları və infrastruktur obyektlərinə hücum həyata keçirib.

ARANTV.AZ xəbər verir ki, bu barədə məlumatı “Symantec” şirkəti yayıb. Şirkət qrupun Azərbaycanla bərabər İsrail, Livan və Səudiyyə Ərəbistanına da hücumlar təşkil etdiyini bildirib.

Hücum zamanı “watering-hole” (tez-tez ziyarət edilən saytların virusa yoluxdurulması) və “brutfors” (məlumat ələ keçirilməsi üçün təşkil edilən hücum) hücum tiplərindən istifadə edilib.

“Symantec” bu qrupun 2017-ci ilin əvvəllərindən aktiv əməliyyatlar apardığını bildirib. Haker qrupunun xüsusilə energetika, dövlət idarəçilliyi, maliyyə və telekommunikasiya sistemlərini hədəf aldığı vurğulanıb.

Maraqlı məqam isə bu qrupun ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən hazırlanan və “Vanna Kray”, “Not Petya” hücumlarında istifadə edilən “EternalBlue” sistemlərinə sahib olmasıdır.

Qeyd edək ki, bu qrupun İrana bağlı olmasıyla bağlı iddialar səsləndirilsə də, bu, hələ də sübut edilməyib.axar.az

Daha çox xəbərlər

Leave a Comment