Siyasət 

ABŞ-ın nüfuzlu “Jewish Journal” jurnalı Azərbaycandakı tolerantlıqdan yazıb

ARANTV.AZ xəbər verir ki, ”Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan da müxtəlif etnik və dini qruplar əsrlərdir ki, sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayır. Bu ölkədə etnik və dini icmalar arasında hər zaman sıx münasibətlər olub və əlaqələr davam edir.” Bu fikrilər ABŞ-ın nüfuzlu “Jewish Journal” jurnalında dərc edilən məqalədə yer alıb. Yazıda qeyd olunur ki, Azərbaycanda yəhudilər arzuladıqları şəraitdə – sülh və sabitlik şəraitində yaşayırlar. Yəhudilərin Odlar yurdunda  sinaqoqları, məktəbləri, bağçaları və müxtəlif mədəni mərkəzləri fəaliyyət göstərir. Azərbaycan hökumətinin isə dinlərarası harmoniyanı, qarşılıqlı anlaşmanı və sülhün  qorunub saxlanmasını dəstəklədiyi bildirilir. Məqalədə Azərbaycan prezidenti İlham Əliyevin hər il “Roş-Ha-Şana” bayramında ölkəsində yaşayan yəhudilərə təbrik ünvanladığı da xatırladılır.  

 

Daha çox xəbərlər