“Bir Kəmər Bir Yol” layihəsi Azərbaycan üçün yeni inkişaf imkanları yaradır
ARANTV.AZ xəbər verir ki, Çinin CEC (Si-İ-Sİ) televiziya kanalının “Bir kəmər, bi ryol” proqramının növbəti buraxılışı Azərbaycana həsr olunub. Proqramda Azərbaycanın iqtisadi inkişafında, Azərbaycan-Çin münaisbətlərindən söz açılıb.
Çinin “Bir kəmər, bir yol” strategiyası üçün əhəmiyyətli olan ölkələrədn bəhs edən proqramda Cənubi Qafqazın ən sürətli inkişaf edən ölkəsi olan Azərbaycanın geostrateji mövqeyi barədə məlumat verilib .
Qeyd olunub ki, Çin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Ötən illər ərzində Çin Azərbaycanın vacib ticarət tərəfdaşlarından birinə çevrilib. “Bir Kəmər, Bir Yol” təşəbbüsü ənənəvi dostluq münasibətlərinə malik olan ölkələrimiz arasında əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Azərbaycanın “Bir Kəmər Bir Yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olduğu, indiyədək ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı ilə bağlı çoxsaylı sazişlərin imzalandığı bildirilib. Proqramın qonağı olan Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə Çinin münasibətlərinin başlanğıcının tarixi İpək yolu vasitəsilə qoyulduğunu deyib. Bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər Şərq-Qrəb Nəqliyyat dəhlizi Azərbaycanın “Bir kəmər, Bir yol” strategiyasına ən böyük töhfəsidir. Proqramda iki ölkə arasında iqtisadi, turizm, təhsil, mədəni əlaqələrdən də söz açılıb. Bildirilib ki, Azərbaycanın Çin vətəndaşları üçün tətbiq etdiyi sadələşdirilmiş viza rejimi xalqlarımız arasında dostluq əlaqələrinin dərinləşməsinə töhfə verəcək. Dostluq əlaqələrinin inkişafında Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyas arasında imzalanmış əməkdaşlıq sənədinin əhəmiyyətinə toxunulub. Kanal tamaşaçılarına Azərbaycanın zəngin mədəni irsi, o cümlədən musiqisi, ədəbiyyatı, xalq yaradıcılığı, memarlığı, adət-ənənələri barədə məlumat verib. Bundan başqa, proqramda Azərbaycanın iqtisadi inkişafından, Neft strategiyasından, qeyri-neft sektorunun inkişafına olan diqqətdən, iki ölkə arasında iqtisadi-ticari əlaqələrdən, yüksək keyfiyyətli Azərbaycan məhsullarının Çinə ixrac imkanlarından söz açılıb.

