BP: “”Şahdəniz-2” layihəsi ilə bağlı bütün gözləntilərimiz özünü doğruldur
“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində aparılan işlər qrafiki qabaqlayır.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.
O bildirib ki, “Bravo” platformasında dörd quyudan hasilat işlərinə başlanılıb:
“Növbəti aylar ərzində bu quyuları təmizləməliyik. Qeyd edim ki, layihə ilə bağlı bütün gözləntilərimiz özünü doğruldur. Biz ilin əvvəlində müəyyən etdiyimiz qrafiki qabaqlayırıq”.

